27 Mart 2025, 22:20
FUTBOL
"Yuventus"un yeni baş məşqçisi İqor Tudor ictimaiyyətə təqdim olunub.
Matc.az xəbər verir ki, xorvatiyalı mütəxəssislə mövsümün sonuna kimi müqavilə imzalanıb.
O, Turin klubunu yayda keçiriləcək klublararası dünya çempionatının sonuna kimi çalışdıracaq. Tudor komandanı Çempionlar Liqasına yüksəldə bilsə, onun razılaşma daha 1 il müddətinə uzadılacaq.
Qeyd edək ki, Tudor "Yuventus"da Tyaqo Mottanı əvəzləyib. Futbolçu kimi 1998-2007-ci illərdə "Yuventusun"un formasını geyinən Tudor son olaraq "Latsio"nu çalışdırıb.