La Liqanın 27-ci turundan təxirə salınan "Barselona" - "Osasuna" oyunu baş tutub. Matc.az xəbər verir ki, görüş Kataloniya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə nəticələnib.

Hesabı 11-ci dəqiqədə Ferran Torres açıb. Digər qollara isə 21-ci dəqiqədə Dani Olmo, 77-ci dəqiqədə isə Robert Levandovski imza atıb. Bu qələbə sayəsində "Barsa" xallarının sayını 63-ə çatdırıb. Kataloniya təmsilçisi hazırda turnir cədvəlinə başçılıq edir.

Qeyd edək ki, bu qarşılaşma martın 8-də keçirilməli idi. Ancaq "Barselona"nın həkimi Karles Minarro Qarsianın vəfatı səbəbindən oyun təxirə salınmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest