28 Mart 2025, 10:29
FUTBOL
PSJ-nin sahibi Nasser Al-Xelaifi yeni klub almaq həvəsinə düşüb. Matc.az xəbər verir ki, o, İspaniyanın "Malaqa" klubunu almaq niyyətindədi.
Belə ki, onun rəhbərlik etdiyi “Qatar Sports Investments” şirkəti bu istiqamətdə danışıqlara başlayıb. Hazırda “Malaqa”nın səhmlərinin 49 faizi "Bluebay" daşınmaz əmlak şirkətinə, qalan hissəsi isə qətərli iş adamı Abdullah Al Taniyə aiddi.
Qeyd edək ki, "Malaqa" 2017/2018 mövsümündən etibarən İspaniyanın II Liqasında çıxış edir.