28 Mart 2025, 10:58
FUTBOL
“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo komandasının qapı xəttini gücləndirmək niyyətindədi. Matc.az xəbər verir ki, portuqaliyalı çalışdırıcı klub rəhbərliyi ilə söhbətində “Mançester Siti”nin braziliyalı qapıçısı Edersonu ixtiyarında görmək istədiyini bildirib.
“Fənərbağça” hazırda Türkiyə çempionatında lider “Qalatasaray”dan bir oyun az keçirməklə 9 xal geri qalır və 2-ci pillədə yer alıb.
Qeyd edək ki, Ederson 2017-ci ildən “Mançester Siti”nin formasını geyinir.