28 Mart 2025, 11:43
FUTBOL
“Milan”ın sabiq baş məşqçisi Fabio Kapello açıqlama verib. Matc.az xəbər verir ki, o, “rossonyerlər”in hazırkı vəziyyətindən narahatdı.
İtaliyalı mütəxəssis UEFA Çempionlar Liqasından kənarlaşdırılan və A Seriyasının turnir cədvəlində 9-cu yeri tutan “Milan”ın çıxışını tənqid edib.
"İdarəçilik aşağı səviyyədədi, vəziyyət çox qəlizdi. Hazırda “Milan”da qərarları kimin verdiyi məlum deyil”, - deyə Kapello bildirib.