"Sabah"ın futbolçusu Amin Seydiyev üçün cari mövsüm vaxtından əvvəl bitib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin Belarusla keçirdiyi yoldaşlıq oyununda zədələnən müdafiəçi əməliyyat edilib.

Bu barədə əməkdaşımızla söhbətində paytaxt klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib. O bildirib ki, Seydiyevə adduktor əzələ yırtığı diaqnozu qoyulub.

Amin Türkiyədə əməliyyat olunub. Onun İstanbul şəhərində baş tutan əməliyyatı uğurlu keçib.

Seydiyev cari mövsümün sonunadək yaşıl meydanlardan uzaq qalacaq. Onun təxminən 2-3 aydan sonra məşqlərə başlayacağı bildirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest