İngiltərə çempionatında bu ayın ən yaxşı baş məşqçisi və futbolçusu adına namizədlər bəlli olub. Matc.az xəbər verir ki, siyahıda 3 məşqçi yer alıb.

Söhbət Ruben Amorim (“Mançester Yunayted”), Fabian Hyurtseler və Nunu Eşpiritu Santudan gedir.

Martın ən yaxşı futbolçusu adına isə 6 namizəd var. Bunlar Janrisner Belleqard, Entoni Elanqa, Bruno Fernandeş, Nikola Milenkoviç, Deklan Rays və Yan van Hekedən gedir.

Qeyd edək ki, səsvermə martın 31-də yekunlaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest