28 Mart 2025, 12:51
FUTBOL
İspaniyalı qapıçı David de Xea sabiq komandası “Mançester Yunayted”də vaxtilə bir yerdə oynadığı ən yaxşı komanda yoldaşlarının adını çəkib. Matc.az xəbər verir ki, hazırda “Fiorentina”nın formasını geyinən 34 yaşlı qolkiper 5 oyunçunu fərqləndirib.
De Xeanın tərtib etdiyi “5-lik”də bu futbolçular yer alıb: Robin van Persi, Kriştianu Ronaldu, Ueyn Runi, Zlatan İbrahimoviç və Romelu Lukaku. İspaniya millisinin keçmiş üzvü adını çəkdiyi hücumçuların məşqlərdə ona qol vura bilməyəndə üzüldüklərini xatırladıb.
Qeyd edək ki, de Xea 2011–2023-cü illərdə “Mançester Yunayted”in uğurları üçün çalışıb.