28 Mart 2025, 13:00
FUTBOL
"Kəpəz" heyətinə yeni futbolçu qatıb. Matc.az xəbər verir ki, bu barədə məlumat Gəncə klubunun mətbuat xidməti tərəfindən yayılıb.
Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Kəpəz” keniyalı Conston Omurvanı transfer edib. Onunla cari mövsümün sonunadək nəzərdə tutulmuş sözləşməyə qol çəkilib.
Omurva mərkəz müdafiəçisi mövqeyində çıxış edir.
Qeyd edək ki, 26 yaşlı futbolçunun son klubu Səudiyyə Ərəbistanı təmsilçisi “Abha” olub. Portuqaliyanın "Eştrela" klubunda da oynamış Omurva Keniya millisinin də üzvüdü.