İngiltərə millisinin üzvü Erik Dayer “Bavariya”dakı taleyinə aydınlıq gəlib. Matc.az xəbər verir ki, təcrübəli futbolçu hazırkı komandasında qalacaq.

Belə ki, onun klubla müqaviləsinin müddəti 1 illik uzadılacaq. 31 yaşlı yarımmüdafiəçinin “Bavariya” ilə hazırkı sözləşməsinin müddəti mövsümün sonuna qədərdi.

Qeyd edək ki, Dayer karyerası ərzində “Sportinq” və “Tottenhem” klublarının da formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest