Yankoviç 2016-cı ildən Monteneqro yığmasının şərəfini qoruyur.

"Qarabağ"ın futbolçusu Marko Yankoviç Monteneqro yığmasında 50-ci oyununu keçirib. Matc.az xəbər verir ki, o, yubileyini DÇ-2026-nın seçmə mərhələsində Farer adalarına 1:0 hesabı ilə qalib gəldikləri matçda qeydə edib.

Bununla bağlı instaqram hesabında paylaşım edən Marko fikirlərini bölüşüb: "Yığmada 50 oyun keçirmək mənim üçün adi statistika deyil, böyük məna kəsb edir. Bu, uzun illər məşq etmək, fədakarlıq və daim inkişaf etmək arzusudu. Məndən daha yaxşı olan, ancaq millidə 50-dən az oyun keçirən futbolçular var. Ona görə də bu rəqəmi daha böyük qürur və minnətdarlıqla daşıyıram”.

Qeyd edək ki, Yankoviç 2016-cı ildən Monteneqro yığmasının şərəfini qoruyur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest