28 Mart 2025, 15:50
FUTBOL
Bu barədə İsrail klublarına məlumat verilib.
İsrail klublarının avrokubokların 2025/26 mövsümündə də ev oyunları ölkədən kənarda reallaşacaq. Matc.az xəbər verir ki, bununla bağlı UEFA qərar verib.
Avropanın ali futbol qurumu İsrail təmsilçilərinin öz meydanında oynamasını hələ məqsədəuyğun hesab etməyib.
Bu barədə İsrail klublarına məlumat verilib. Onlara oynayacaqları stadionları dəqiqləşdirmək və bu haqda UEFA-ya informasiya vermələri tələb olunub.