28 Mart 2025, 16:22
FUTBOL
"Qalatasaray" heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədi. Matc.az xəbər verir ki, ÇSKA-nın (Moskva) yarımmüdafiəçisi Abbosbek Fayzullaev karyerasını İstanbul klubunda davam etdirə bilər.
“Cim-bom” özbək futbolçu üçün qarşı tərəfə rəsmi təklif göndərib. “Qalatasaray” rəhbərliyi 21 yaşlı oyunçunun keçidini yayda həyata keçirməyi planlaşdırır.
Qeyd edək ki, ÇSKA-ya 2023-cü ildə “Paxtakor”dan transfer olunan Fayzullaevin hazırkı klubu ilə 2026-cı il yayına qədər müqaviləsi var.