Dünyanın ən güclü məşqçilərinin növbəti reytinq cədvəli açıqlanıb. Matc.az xəbər verir ki, planetin 500 ən yaxşı mütəxəssisi sırasında bir azərbaycanlı da var.

Söhbət “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovdan gedir. 53 yaşlı məşqçi 1636 xala malikdi. Qurbanov əvvəlki reytinq cədvəli ilə müqayisədə 3 pillə geriləyərək 173-cü sıraya düşüb.

“Turan Tovuz”un çalışdırıcısı Kurban Berdıyev mövqeyini qoruyaraq 1796 xalla 55-ci pillədə qərarlaşıb.

Yığmamızın portuqaliyalı baş məşqçisi Fernando Santuş isə 1624 xalla reytinq cədvəlində 184-cü yerdədi. Millimiz martda keçirdiyi hər iki yoldaşlıq matçında uduzsa da, Santuş mövqeyini 3 pillə yaxşılaşdırıb.

Qeyd edək ki, siyahıda bir yerdə “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola (2130 xal) qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest