Ulduz futbolçu Kriştianu Ronaldonun formasını geyindiyi “Əl-Nəsr” klubu yeni futbolçu ilə güclənmək arzusundadı. Matc.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi Mohamed Kudus ilə yaxından maraqlanır.

Ərəblər hazırda “Vest Hem”də çıxış edən yarımmüdafiəçinin transferinə 84 milyon funt-sterlinq xərcləməyə razıdılar. Tərəflər arasında danışıqlara start verilib.

Qeyd edək ki, qanalı futbolçunun “Vest Hem”lə 2028-ci ilin yayına qədər müqaviləsi var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest