"Barselona"nın yarımmüdafiəçisi Daniel Olmo zədələnib və bu səbəbdən onun təxminən üç həftə yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yarımmüdafiəçi İspaniya La Liqasının 27-ci turunun "Osasuna" ilə oyununda (3:0) zədələnib. 28-ci dəqiqədə Olmonu yarımmüdafiəçi Fermin Lopez əvəzləyib. Əvəzləmədən bir dəqiqə əvvəl yarımmüdafiəçi yerə yıxılıb və matçı davam etdirə bilməyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest