Qadınlardan ibarət Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının seçmə mərhələsi çərçivəsində Litva və Monteneqro yığmalarına qarşı keçiriləcək səfər oyunları üçün heyəti müəyyənləşib.
Matc.az xəbər verir ki, millimiz martın 31-də Litvanın paytaxtı Vilnüsə yollanaraq, təlim-məşq toplanışına orada başlayacaq.
Siyasət Əsgərovun yetirmələri C Liqasının IV qrupu çərçivəsində aprelin 4-də, Bakı vaxtı ilə saat 19:30-da, Vilnüsdəki "Jalgiris" stadionunda Litva yığması ilə, aprelin 8-də, Bakı vaxtı ilə saat 20:00-da Nikşiç şəhər stadionunda Monteneqro seçməsi ilə qarşılaşacaq.
Milliyə dəvət olunan futbolçuların adlarını diqqətinizə çatdırırıq:
1. Aytac Şərifova ("Hakkarigücü", Türkiyə),
2. Nərgiz Əliyeva ("Fatih Vətən", Türkiyə),
3. Günay İsmayılova ("Neftçi"),
4. Nigar Mirzəliyeva ("Zenit" Rusiya),
5. Manə Mollayeva ("Neftçi"),
6. Fidan Cəfərova ("Neftçi"),
7. Yeliz Acar ("Fatih Vətən" Türkiyə),
8. Kamilla Məmmədova ("Dirçəliş"),
9. Firəngiz Teymurova ("Neftçi"),
10. Jalə Məhsimova ("Amed Spor" Türkiyə),
11. Peritan Bozdağ ("Fatih Vətən" Türkiyə),
12. Nazlıcan Parlak ("Qalatasaray" Türkiyə),
13. Coşqunə Əliyeva ("Neftçi"),
14. Sevinc Cəfərzadə ("Krasnodar" Rusiya),
15. Ayşən Əhmədova ("Ünyespor" Türkiyə),
16. Alina Dorofeyeva ("Rubin" Rusiya),
17. Diana Məmmədova ("Rubin" Rusiya),
18. Ayşən Salamzadə ("Neftçi"),
19. Xanım Əsədova ("Neftçi"),
20. Sona Rəhimova ("Neftçi"),
21. Aysun Muradova ("Gölbaşı Belediye Spor" Türkiyə),
22. Esra Manya ("Fatih Vətən" Türkiyə),
23. Alina Nəhmədova ("Neftçi").