"Ağ-qaralar" bu gün "Neftçi" Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb. Emin Mahmudov və Andrey Ştoqrin zədə səbəbindən naxçıvanlılarla görüşü buraxacaqlar.

"Neftçi" Misli Premyer Liqasının 28-ci turunda qarşılaşacağı "Araz-Naxçıvan"la oyunun hazırlığını yekunlaşıdırıb.

Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "ağ-qaralar" bu gün "Neftçi" Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb.

Emin Mahmudov və Andrey Ştoqrin zədə səbəbindən naxçıvanlılarla görüşü buraxacaqlar.

Qeyd edək ki, martın 29-da "Neftçi Arena"da keçiriləcək "Neftçi" – "Araz-Naxçıvan" oyunu saat 16:45-də start götürəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest