"Oyun intizamı istədiyimiz kimi deyildi. İstək həddindən artıq idi. Bu da müəyyən mənada oyunumuza mane oldu".
"Turan Tovuz" Misli Premyer Liqasının 28-ci turu çərçivəsində doğma meydanda "Qarabağ"a 1:4 hesabı ilə məğlub olub.
Matc.az xəbər verir ki, qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdiyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Üçüncü qola qədər ümidimiz var idi. Amma 3-cü qoldan və "Qarabağ"ın əvəzetmələrindən sonra hər şey bitdi.
- Fərdi səhvlər nə vaxta qədər davam edəcək?
- Buna cavab verə bilməyəcəm.
- "Qarabağ"a bu mövsüm ilk dəfə məğlub oldunuz. Əvvəlki oyunlarla müqayisədə bu gün nələri edə bilmədiz?
- Oyun intizamı istədiyimiz kimi deyildi. İstək həddindən artıq idi. Bu da müəyyən mənada oyunumuza mane oldu.
Azarkeşləri ümidləndirəcək nəsə deyə bilərsiniz?
- Bir ağrı var və təbii ki, bu, mənə də təsir edir. Təəssüf ki, onları sevindirə bilmirik.
- Artıq rəqib baş məşqçilərin sizin oyun üslubunuzu çözdüyünü demək olar?
- Məsələ taktikada deyil, hər oyunda dəyişə bilər. Məsələ düzülüşdədir. Biz bunu hər oyunda yaxşı edə bilirdik. Bu gün edə bilmədik.