Braziliya Futbol Konfederasiyası (CBF) Dorival Juniorun millinin baş məşqçisi vəzifəsindən uzaqlaşdırılmasına qərar verib.
Matc.az xəbər verir ki, bu barədə UOL məlumat yayıb.
Bildirilir ki, CBF Braziliya millisinin DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Argentinaya qarşı keçirdiyi oyunda (1:4) darmadağınla uduzduqdan sonra nəhayət ki, 62 yaşlı mütəxəssislə yollarını ayırmaq qərarına gəlib.
62 yaşlı çalışdırıcının əsas köməkçisinin oğlu Lukas Silvestre olması da CBF-nin xoşuna gəlmir. Bu postu əvvəlcə Braziliya millisində iş təcrübəsi olan keçmiş müdafiəçi Joao tutub.
Qeyd edək ki, Dorival Junior 2024-cü ilin yanvarından Braziliya millisini çalışdırır.
Braziliya yığması DÇ-2026-nın seçmə mərhələsinin 14 turundan sonra dördüncü sırada qərarlaşıb. Qrupun ən yaxşı altı komandası 2026-cı il Dünya Çempionatının final turnirinə vəsiqə qazanacaq. Yeddinci komanda dünya çempionatına daha bir vəsiqə uğrunda pley-offda başqa konfederasiya təmsilçisi ilə oynayacaq.