29 Mart 2025, 15:40
FUTBOL
Fransa yığmasının və Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunun əslən Malidən olan futbolçusu Nqolo Kante tibb müəssisəsi inşa etdirib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrizo Romano paylaşıb.
Bildirilib ki, Kante tibb müəssisəsini Malidəki imkansız ailələrin sağlamlığı üçün tikdirib. Layihənin dəyəri 5 milyon dollardır.
Futbolçu Malidə olarkən ailə üzvləri ilə vaxt keçirib, həmçinin mərhum atası və qardaşını da yad edib.