29 Mart 2025, 18:26
FUTBOL
"Mançester Siti" Frankfurt "Ayntraxt"ının 20 yaşlı yarımmüdafiəçisi Uqo Larssonu transfer etmək üçün yarışa qoşulub.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sport Germany" nəşri məlumat yayıb.
Bildirilir ki, Frankfurt klubu isveçli futbolçunu 60 milyon avrodan aşağı qiymətə satmayacaq. Larssonla "Arsenal", "Liverpul" və "Tottenhem"in də maraqlandığı vurğulanır.
Qeyd edək ki, Larsson bu mövsüm bütün turnirlərdə 37 oyun keçirib, 6 qol vurub və bir məhsuldar ötürmə edib. 20 yaşlı yarımmüdafiəçinin klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 40 milyon avrodur.