Futbol üzrə Türkiyə I Liqasında 31-ci turun oyunları keçirilir.

Matc.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının üzvü Coşqun Diniyevin formasını geyindiyi "Çorum" səfərdə "Pendikspor"la üz-üzə gəlib.

Diniyev qarşılaşmanın 46-cı dəqiqəsində meydana çıxıb. Görüş 2:2 hesablı bərabərliklə başa çatıb. 

Qeyd edək ki, 31 turdan sonra 46 xal toplayan "Çorum" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest