30 Mart 2025, 10:40
FUTBOL
MLS-də "İnter Mayami" evdə "Filadelfiya" ilə qarşılaşıb
Matc.az xəbər verir ki, oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
"İnter Mayami"nin heyətində Robert Taylor (23 dq) və Lionel Messi (57 dq) fərqlənib. Qonaq komandanın qolunu isə Daniel Qazdaq (80 dq) vurub.
Bununla da, "İnter Mayami" qələbə seriyasını dörd matça çatdırıb. Filadelfiya təmsilçisi isə son üç oyunda ikinci məğlubiyyətini alıb.
Qeyd edək ki, növbəti oyunda "İnter Mayami" "Toronto" ilə, "Filadelfiya" isə "Orlando Siti" ilə qarşılaşacaq.