"Real" "Mançester Yunayted"in 30 yaşlı yarımmüdafiəçisi Bruno Fernandeşlə maraqlanır.

Matc.az xəbər verir ki, bu barədə "Daily Star" məlumat yayıb.

Bildirilir ki, Madrid klubu portuqaliyalı futbolçunu 39 yaşlı yarımmüdafiəçi Luka Modriçə potensial əvəzləyici kimi baxır. Fernandeşin "Real"a potensial transferi 90 milyon funt sterlinq (108 milyon avro) dəyərində qiymətləndirilir. "Qırmızı şeytanlar"ın baş məşqçisi Ruben Amorim yarımmüdafiəçini komandada saxlamaq istəsə də, klub əlavə gəlir əldə etmək və xərcləri azaltmaq istəyir.

Qeyd edək ki, Fernandeş bu mövsüm bütün turnirlərdə 44 oyun keçirib, 16 qol vurub və 16 məhsuldar ötürmə edib. 30 yaşlı yarımmüdafiəçinin klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 55 milyon avrodur.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest