"Sabah" cari mövsümdə 15-ci bərabərliyini əldə edib. Paytaxt təmsilçisi bir mövsümdə ən çox heç-heçə edən komanda adına sahib çıxıb.

Misli Premyer Liqasının XXVIII turunda "Sumqayıt"ın qonağı olan "Sabah" səfərdə 3:3 hesablı heç-heçəyə imza atıb.

Matc.az xəbər verir ki, bu, Bakı klubunun mövsümdə 15-ci bərabərliyi olub.

Paytaxt təmsilçisi bununla da Azərbaycan çempionatları tarixinin mütləq rekorduna imza atıb. "Sabah" bir mövsümdə ən çox heç-heçə edən komanda adına sahib çıxıb.

Bunadək rekord hərəyə 14 sülhə imza atan "Neftçi" (2009/10), "Bakı" (2012/13) və "Zirə"yə (2020/21) məxsus idi. Ötən tur bu komandalara çatan "Sabah" Sumqayıtdakı heç-heçə ilə tarixə düşüb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest