30 Mart 2025, 13:21
FUTBOL
"RB Leypsiq" baş məşqçisi Marko Rouz ilə yollarını ayırıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti paylaşıb.
Rouzun köməkçiləri Aleksandr Zikler, Marko Kurt, Frank Heydek və Frenk Eqiq də öz vəzifələrini tərk ediblər. Klub yaxın vaxtlarda mövsümün sonuna kimi komandanı kimin çalışdıracağını açıqlayacağını bildirib.
Qeyd edək ki, 48 yaşlı mütəxəssis 2022-ci ilin sentyabrından "RB Leypsiq"in baş məşqçisi vəzifəsini icra edirdi. Onun rəhbərliyi altında komanda Almaniya Kubokunu və Superkubokunu qazanıb.
"RB Leypsiq" 27 turdan sonra Almaniya Bundesliqasında 42 xalla altıncı sırada qərarlaşıb.