Bu gün İspaniya La Liqasının 29-cu turu çərçivəsində "Barselona" doğma meydanda "Jirona" ilə qarşılaşacaq.

Matc.az xəbər verir ki, oyun "Olimpik Lluis Kompanis" stadionunda keçiriləcək.

"Jirona" yarımmüdafiəçi Oriol Romeunun oyunda iştirakına icazə vermək üçün Kataloniya klubuna 300 min avro ödəyib.

Qeyd edək ki, 33 yaşlı ispan yarımmüdafiəçi 2024-cü ilin avqustundan "Barselona"dan icarə əsasında "Jirona"da çıxış edir. İcarə müqaviləsi mövsümün sonunda başa çatacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest