"Napoli"nin idman direktoru Covanni Manna baş məşqçi Antonio Konte ilə bağlı açıqlama verib.

Matc.az xəbər verir ki, o, Kontenin "Milan" və ya "Yuventus"da işləmək üçün Neapol klubundan ayrıla biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

"Kontenin 2 illik müqaviləsi var və biz gələn mövsüm onunla işləməyə davam edəcəyik".

Xatırladaq ki, təcrübəli italiyalı mütəxəssis mövsüm başlamamış "Napoli"ni qəbul edib və komanda hazırda A Seriyasının turnir cədvəlində ikinci yerdə qərarlaşıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest