31 Mart 2025, 09:35
FUTBOL
İspaniya çempionatının 29-cu turunda "Barselona" "Jirona"nı qəbul edib. Matc.az xəbər verir ki, Kataloniya derbisində meydan sahibləri qələbəni bayram ediblər.
Belə ki, görüş “Barsa”nın 4:1 hesablı qələbəsi ilə nəticələnib. Bu qələbə sayəsində xallarının sayını 66-ya çatdıran “Barselona” liderliyini möhkəmləndirib.
Qeyd edək ki, 2-ci yerdə qərarlaşan "Real"ın 63 xalı var.