31 Mart 2025, 09:46
FUTBOL
Start heyətdə yer almayan 28 yaşlı futbolçu 78-ci dəqiqədə meydana daxil olub.
Azərbaycan yığmasının hücumçusu Mahir Emreli “Nürnberq”də növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, onun komandası II Bundesliqada “Yan Reqensburq”la qarşılaşıb.
Start heyətdə yer almayan 28 yaşlı futbolçu 78-ci dəqiqədə meydana daxil olub.
Emrelinin fərqlənə bilmədiyi matçda onun komandası hesabda önə keçsə də, sonradan 2 qol buraxaraq məğlubiyyətlə üzləşib - 1:2.
Qeyd edək ki, 27 oyundan 41 xala malik “Nürnberq” turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.