Yığmamızın futbolçuları Rahil Məmmədov və Renat Dadaşovun formasını geydiyi “Radomiak” Polşa Ekstraklasasında növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, komanda 26-cı tur çərçivəsində “Korona Kielçe”nin qonağı olub.

Qarşılaşma "Radomiak"ın 3:1 hesablı qalibiyyəti ilə nəticələnib. Rahil matçın iştirak ərizəsində yer almayıb. Start heyətində olmayan Renat isə 64-cü dəqiqədə oyuna qoşulub. O, 90+4-cü dəqiqədə məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Radomiak” turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest