Almaniyalı məşqçi Yurgen Klopp fəaliyyətini bərpa edə bilər. Matc.az xəbər verir ki, onun adı Madrid “Real”ı ilə birgə hallanır.

Klub rəhbərliyi hazırkı çalışdırıcı Karlo Ançelottinin əvəzləyicisi qismində məhz Kloppu görür. Buna səbəb alman mütəxəssisin ulduzlarla işləmək və gəncləri inkişaf etdirmək bacarığıdı.

Kloppun “Real”da işləməyə razı olduğu bildirilir.

Qeyd edək ki, Kloppun son iş yeri “Liverpul” olub. O, 2015-2024-cü illərdə "qırmızılar"a rəhbərlik edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest