31 Mart 2025, 12:43
FUTBOL
“Barselona”nın hücumçusu Robert Levandovski Kataloniya klubunun heyətində 100 qol vurmaq arzusundadı. Matc.az xəbər verir ki, bu, polşalı forvardın ən yaxın hədəfləri sırasındadı.
“Bir hücumçu kimi mənim üçün ən vacib şey özünəinam hissidi. Rəqibin cərimə meydançasında top mənə çatarsa, dərhal necə qol vuracağımı fikirləşirəm”, - deyə o bildirib.
Qeyd edək ki, “Jirona”ya 4:1 hesabı ilə qalib gəldikləri matçda Levandovski dubla imza atıb. Bununla Robert “Barsa”da vurduğu qolların sayını 97-ə çatdırıb.