31 Mart 2025, 15:29
FUTBOL
“Mancester Siti” İngiltərə Kubokunda rekorda imza atıb. Matc.az xəbər verir ki, Pep Qvardiolanın yetirmələri ardıcıl 7 mövsüm yarımfinala yüksələn ilk komanda olub.
“Şəhərlilər” dünən 1/4 final mərhələsində “Bornmut”u 2:1 hesabı ilə məğlub edib. Komanda yarımfinalda “Nottingem Forest”lə qarşılaşacaq. Digər cütdə isə “Aston Villa” ilə “Kristal Pelas” üz-üzə gələcək.
Qeyd edək ki, İngiltərə Kubokunun son qalibi “Mançester Yunayted”di.