Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) İspaniya La Liqasında ən çox oyun keçirən legionerləri açıqlayıb. Matc.az xəbər verir ki, siyahıya Antuan Qrizmann başçılıq edir.
Fransalı hücumçu İspaniya çempionatında 521 matça çıxıb. O, Lionel Messini arxada qoyaraq rekorda sahib çıxıb. İlk “üçlüy”ü Kərim Benzema qapayır.
Qeyd edək ki, 350 və ya daha çox oyun keçirənlərin siyahısında 15 legioner yer alıb.
1. Antuan Qrizmann - 521
2. Lionel Messi - 520
3. Kərim Benzema - 439
4. İvan Rakitiç - 438
5. Dani Alveş - 436
6. Luka Modriç - 387
7. Marselo - 386
8. Valeri Karpin - 384
9. Roberto Karlos - 370
10-11. Mauro Silva - 369
İnyaki Uilyams - 369
12-13. Miroslav Dukiç - 368
Dieqo Qodin - 368
14. Yan Oblak - 361
15. Filipe Luis - 351