“Real”ın futbolçularının cari mövsüm qazana biləcəyi maksimal mükafatın məbləği bəlli olub. Matc.az xəbər verir ki, İspaniya klubu şansını qoruduğu bütün turnirlərdə qalib olsa, futbolçulara ümumilikdə 80 milyon avro bonus ödəyəcək.

Bu rəqəm vergilər çıxılmadan olan mükafatın məbləğidi. Bunun üçün “Real” 6 titul qazanmalıdı.

“Kral klubu” artıq iki uğura imza atıb. İspaniyalılar UEFA Superkuboku və Qitələrarası kuboku başı üzərinə qaldırıb. “Real” Çempionlar Liqası, La Liqa və İspaniya kubokuna mübarizəni davam etdirir. Yayda isə komandanı klublararası dünya çempionatı gözləyir.

Qeyd edək ki, ötən mövsüm “Real” futbolçularının ümumi mükafatı 40 milyon avro olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest