31 Mart 2025, 17:18
FUTBOL
Türkiyə Kubokunda 1/4 final mərhələsinin "Fənərbaxça" - "Qalatasaray" oyununun hakimi müəyyənləşib. Matc.az xəbər verir ki, bu barədə Türkiyə Mərkəzi Hakimlər Komitəsi məlumat yayıb.
İstanbul derbisini Cihan Aydın idarə edəcək. Qarşılaşma aprelin 2-də keçiriləcək.
Qeyd edək ki, İstanbul derbisi Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.