“Tottenhem” “Ayntraxt”ın yarımmüdafiəçisi Uqo Larssonla maraqlanır. Matc.az xəbər verir ki, londonlular 20 yaşlı futbolçu ilə maraqlanan İngiltərə Premyer Liqasının bir neçə klubundan biridi.

Onun transfer məbləğinin 60 milyon avro civarında ola biləcəyi iddia edilir.

Larsson bu mövsüm bütün yarışlarda 38 matçda iştirak edib, 6 qol vurub, 1 məhsuldar ötürmə verib. Onun “Ayntraxt”la müqaviləsi 2029-cu ilə kimi nəzərdə tutulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest