01 Aprel 2025, 10:13
FUTBOL
Gənc forvard, demək olar ki, mövsümün qalan hissəsini başa vuracaq. Onun yalnız mövsümün son oyunlarına, o cümlədən Klublararası Dünya Çempionatına hazır olacağı gözlənilir.
Erlinq Haland zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalacaq. Matc.az xəbər verir ki, “Mançester Siti”nin hücumçusu İngiltərə Kubokunun 1/4 finalında “Bornmut”la oyunda (2:1) topuğundan xəsarət alıb.
Qarşılaşmadan sonra norveçli stadionu dəyənək və qoruyucu butsla tərk edib. Gənc forvard, demək olar ki, mövsümün qalan hissəsini başa vuracaq. Onun yalnız mövsümün son oyunlarına, o cümlədən Klublararası Dünya Çempionatına hazır olacağı gözlənilir.
Qeyd edək ki, Erlinq Haland bu mövsüm Premyer Liqada 21 qola imza atıb.