Xviça Kvaratsxeliyadan sonra daha bir gürcüstanlı futbolçu İtaliyaya köçə bilər. Matc.az xəbər verir ki, “Kolxeti”nin yarımmüdafiəçisi Andria Bartişvili “Yuventus”un maraq dairəsindədi.

Turin təmsilçisi 15 yaşlı oyunçuya yeni Kvaratsxeliya gözü ilə baxır. “Qoca sinyora” yeniyetmənin keçidini həll edərək, onu B komandasına cəlb etməyi planlaşdırır.

Qeyd edək ki, Andria Bartişvili bu ilin əvvəlindən “Kolxeti”nin ikinci komandasında çıxış edir. O, cari mövsüm əsas komandada hətta 1 oyun da keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest