İspaniya klubu “Malyorka”nın paltardəyişmə otağında oğurluq hadisəsi baş verib. Matc.az xəbər verir ki, bununla bağlı İspaniya polisi araşdırmaya başlayıb.

İlkin məlumata görə, Pablo Maffeo, Dominik Qreif ve Kopetenin dəyərli əşyaları – konkret olaraq qızıl boyunbaqları oğurlanıb. Klub günahkarların tezliklə tapılacağına ümid edir.

Qeyd edək ki, “Malyorka” La Liqanın geridə qalan turunda səfərdə “Valensiya”ya 0:1 hesabı ilə məğlub olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest