01 Aprel 2025, 12:12
FUTBOL
Bu səbəbdən 35 yaşlı ön xətt oyunçusu ilə mövsümün sonuna qədər olan müqavilə uzadılmayacaq. O, Klublararası Dünya Çempionatından sonra komandadan ayrılacaq.
“Bavariya” klubun əfsanəsi Tomas Müllerlə yeni müqavilə imzalamayacaq. Matc.az xəbər verir ki, bunun səbəbi də müəyyənləşib.
Məsələ burasındadı ki, hücumçu özü yeni 1 illik sazişə razıdı. Ancaq klub illik 17 milyon avro məbləğindəki maaşın azaldılmasını istəyir. Müller isə buna razılıq verməyib. Bu səbəbdən 35 yaşlı ön xətt oyunçusu ilə mövsümün sonuna qədər olan müqavilə uzadılmayacaq. O, Klublararası Dünya Çempionatından sonra komandadan ayrılacaq.
Müllerin karyerasını MLS-də davam etdirməsi gözlənilir.