“Barselona” yeni stadionda 475 VIP yerin 30 illik satışı ilə bağlı Yaxın Şərqdən olan iki investorla razılıq əldə edib. Matc.az xəbər verir ki, bu satışdan əldə edilən gəlirin klubun maliyyə vəziyyətini “1-ə 1” qaydasına uyğunlaşdıracağı və “Nou Kamp”ın yenidən qurulması üçün investorlar qarşısındakı borcun əhəmiyyətli bir hissəsini ödəyəcəyi gözlənilir.

Potensial gəlirin 100 milyon avro olacağı bildirilir. Lakin bu gəlirin klubun maliyyə hesabatına daxil edilməsi prosesi yeni auditor şirkəti “Crowe Global” tərəfindən gecikdirilib. Gecikmənin səbəbi odu ki, “Crowe Global” hələ də VIP yerlərin satışından qazanılan vəsaitlərin hesabatda gəlir kimi göstərilməsinə icazə verməyib. Çünki bu vəsaitlər faktiki olaraq klubun qazancı hesab edilmir.

Bu məsələ həll olunana qədər “Barselona” “1-ə 1” qaydasının üstünlüklərindən istifadə edə bilməyəcək. Bu isə klubun maliyyə sağlamlaşdırma prosesini çətinləşdirə, yay transfer fəaliyyətinə və futbolçularla müqavilələrin uzadılmasına mənfi təsir göstərə bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest