“Çelsi” 2023-24 mövsümünü 128,4 milyon funt-sterlinq vergiöncəsi mənfəətlə başa vurub. Matc.az xəbər verir ki, ötən il “zadəganlar” 90,1 milyon funt zərərə düşmüşdü.

Bu uğurun əsas səbəbləri oyunçu satışından əldə edilən gəlirin artması və qadın komandasının yenidən mövqeləndirilməsi olub. Klubun ümumi gəliri 468,5 milyon funt təşkil edib. Bu azalma əsasən kişi komandasının Çempionlar Liqasında iştirak etməməsi ilə bağlıdı. Lakin Premyer Liqada 6-cı yer, həmçinin FA Kubokunun yarımfinalı və Liqa Kubokunun finalı sayəsində yayım gəlirləri artıb.

Qadın komandası ikinci il ardıcıl UEFA Çempionlar Liqasının yarımfinalına çıxıb və İngiltərə Superliqasının çempionu olub ki, bu da yayım gəlirlərinə müsbət təsir edib. Oyundan əldə edilən gəlir 80,1 milyon funta çatıb. Bu, orta hesabla 40 000 azarkeşin iştirak etdiyi matçlar və qadın komandasının “Stemford Bric”də üç əlavə oyun keçirməsi sayəsində mümkün olub.

Ticarət gəlirləri isə 225,3 milyon funt olub. Bu artım icarəyə verilən oyunçulardan əldə edilən gəlirin, turist ekskursiyalarının və klub atributikasının uğurlu satışlarının hesabına baş verib.

Oyun günü xərclər və infrastruktur xərcləri kimi operasion xərclərin azaldılması, oyunçu satışından əldə edilən 152,5 milyon funt və törəmə şirkətlərin satışından gələn 198,7 milyon funt gəlir sayəsində klub 129,6 milyon funt təmiz mənfəət əldə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest