01 Aprel 2025, 13:31
FUTBOL
“Real”ın qapıçısı Tibo Kurtuanın yaşıl meydanlara dönüşü gecikir. Matc.az xəbər verir ki, belçikalı qolkiperin La Liqanın növbəti turunda iştirakı da sual altındadı.
Əslində onun “Leqanes”lə görüşdə çərçivədəki yerini alması gözlənilirdi. Lakin 32 yaşlı qapıçı zədə səbəbindən həmin matçı buraxmışdı. Onun aprelin 5-də “Valensiya” ilə oyunda iştirakı barədə də qərar verilməyib.
Qeyd edək ki, “Real” bu gün İspaniya Kubokunda yarımfinal mərhələsinin cavab oyununda “Real Sosyedad”la qarşılaşacaq. “Real” ilk oyunda minimal hesablı qələbə qazanıb.