01 Aprel 2025, 14:30
FUTBOL
Ağayeva Şimali Makedoniya - Latviya oyununun UEFA nümayəndəsi olacaq.
AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb. Matc.az xəbər verir ki, bu barədə məlumat AFFA-nın saytında yayılıb.
O, qadınlar arasında UEFA Millətlər Liqasının Şimali Makedoniya - Latviya oyununun UEFA nümayəndəsi olacaq.
C Liqasının VI qrupunun III turu çərçivəsində keçiriləcək görüş aprelin 4-də Skopyedə yerləşən Şimali Makedoniya Futbol Federasiyasının Məşq Mərkəzində təşkil olunacaq.