01 Aprel 2025, 15:42
FUTBOL
“Əl-Nəsr”in ulduz futbolçusu Kriştianu Ronaldo yenidən “Real”ın formasını geyinə bilər. Matc.az xəbər verir ki, portuqaliyalı futbolçu yayda keçiriləcək Klublararası dünya çempionatında oynamaq niyyətindədi.
“Əl-Nəsr” turnirə vəsiqə əldə edə bilməyib. Bu səbəbdən Ronaldo Madrid klubu ilə qısamüddətli müqavilə imzalamağı planlaşdırır. İyunun 1-dən iyunun 10-dək FİFA əlavə transfer pəncərəsi açacaq və bu müddət ərzində o, “Real”la turnir müddətində sözləşmə bağlaya bilər.
Qeyd edək ki, Portuqaliya yığmasının üzvü 2009-2018-ci illərdə “Real”ın formasını geyinib.