01 Aprel 2025, 16:00
FUTBOL
Siyahıda birincilik “Haydenhaym”ın çalışdırıcısı Frank Şmitddi.
"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov diqqət mərkəzinə düşüb. Matc.az xəbər verir ki, o, bir komandada ən uzun müddət çalışmaqda olan mütəxəssislərin siyahısında yer alıb.
2008-ci ilin avqustunda “Qarabağ”ın baş məşqçisi təyin edilən Qurban Qurbanov siyahıda ikinci pillədə qərarlaşıb. O, 16 il 244 gündü ki, Ağdam təmsilçisinin “sükanı arxası”ndadır.
Siyahıda birincilik “Haydenhaym”ın çalışdırıcısı Frank Şmitddi. O, 2007-ci ildən bugünədək hazırkı işindədi (17 il 197 gün).
Siyahıda ilk “üçlüyü” İngiltərənin “Harroqeyt Taun” klubunun baş məşqşisi Saymon Uiver (2009-cu il) tamamlayır.