01 Aprel 2025, 18:12
FUTBOL
İspaniyanın "Levante" klubu Gürcüstan millisinin yarımmüdafiəçisi Giorgi Koçoraşvilini Lissabonun "Sportinq"inə transfer etdildiyini rəsmən açıqlayıb.
Matc.az xəbər verir ki, futbolçu 2025-ci il iyunun 30-na kimi Valensiya klubunda icarə əsasında qalacaq.
Mətbuatda yayılan məlumata görə, transfer məbləği 5,5 milyon avro olacaq.
25 yaşlı Koçoraşvili 2022-ci ilin iyulundan "Levante"də çıxış edir. Bu müddət ərzində futbolçu klubun əsas heyətində 57 oyun keçirib, 9 qol vurub və 4 məhsuldar ötürmə edib. Gürcüstanlı futbolçu "Levante"nin ikinci heyətində də 44 oyun keçirib və 3 qol vurub.
Qeyd edək ki, Koçoraşvili Gürcüstan millisinin heyətində 19 oyun keçirib və 3 qol vurub.